HADİSƏ

Borcu olan şəkili dəhşətli üsula əl atdı

Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Kənd sakinlərinin sözlərinə görə, mərhumun külli miqdarda borcu olub.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Şəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1974-cü il təvəllüdlü Rasim Mürsəl oğlu Hümmətov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Kənd sakinlərinin sözlərinə görə, mərhumun külli miqdarda borcu olub.

Hazırda faktlar bağlı araşdırma aparılır.