İQTİSADİYYAT

İlham Əliyev nəhəng kompleksi işə saldı

Dövlət başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib
Sputnik

BAKI, 14 may — Sputnik. Mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına kompleks barədə məlumat verib. Prezident kompleksi işə salıb və limanın ərazisini gəzib.

Dövlət başçısı kollektivin üzvləri və inşaatçılar ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.