Nümayəndə heyətimiz Türkiyədə səfərdədir

Spikerlərin sammitinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın çıxışları nəzərdə tutulub
Sputnik

BAKI, 14 may — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş spikerlərin görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı

Tədbirdə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də tədbirdə iştirak edəcəklər. Spikerlərin sammitinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın çıxışları nəzərdə tutulub.

Görüş çərçivəsində parlament sədrlərinin Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının gələcək fəaliyyətində parlamentlərin rolu mövzusunda çıxışları gözlənilir. Tədbirin sonunda qurumun 25 illiyi ilə əlaqədar birgə bəyanat imzalanacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyəti başçıları ilə bir sıra görüşləri baş tutacaq. Səfər mayın 17-də başa çatacaq.