BAKI, 14 may — Sputnik. İndoneziyanın sayca ikinci ən iri şəhəri olan Surabayada partlayış baş verib.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, polis məntəqəsinin qarşısında motosikletin partlaması nəticəsində azı 7 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Sosial şəbəkələrdə yayılmış kadrlara görə polis məntəqəsinə iki motosiklet yaxınlaşır və onlardan biri partlayır.
Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Bu son günlər İndoneziyada baş verən 4-cü partlayışdır. Bu partlayışlar nəticəsində ölənlərin sayı 20-yə çatır. Onlarla insan isə yaralanıb.