BAKI, 14 may — Sputnik. Niğdədə tək yaşayan qadından bir müddət xəbər çıxmayıb və bu hal qonşuları şübhələndirib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, qonşular qadını bir neçə gün görmədikləri üçün və evdən kəskin iy gəldiyinə görə polisə müraciət ediblər.
Hadisə yerinə polis və təcili yardım gəlib. Evin qapısını heç kim açmadığı üçün xilasedicilər eyvandan içəri daxil olublar.
İçəri daxil olan xilasedicilər görüblər ki, evdə 20-dən artıq pişik və balaları yaşayır. Qadın isə nə telefonlara cavab verir, nə də uzun müddətdir evə gəlir.
Evdən kəskin iyin gəlmə səbəbi isə pişiklər üçün qoyulan toyuq ətinin iyi olub.