CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xarici İşlər Nazirliyinin səlahiyyətləri azaldıldı

Dəyişikliyə əsasən Xarici İşlər Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti ləğv edilib
Sputnik

BAKI, 13 may — Sputnik. Xarici İşlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Xarici İşlər Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti ləğv edilib.