RUSİYA

Qasırğa şəhər sakinlərini belə qorxutdu

Qasırğa buludda əmələ gələrək aşağıya doğru hərəkət edən burulğandır
Sputnik

BAKI, 13 may — Sputnik. Rusiyanın Həştərxan şəhərində baş verən qasırğanın görüntüləri internet şəbəkəsində yerləşdirilib.

Kadrlarda böyük hündürlükdə burulğan görünür. Qeyri-adi təbiət hadisəsi formasını dəyişərək şəhərlə hərəkət edir.

"Bizim fikrimizcə bu qasırğadır" — deyə kadr arxasındakı səs bildirir.

Qasırğa buludda əmələ gələrək aşağıya doğru hərəkət edən burulğandır. Daha çox ABŞ ərazisində baş verir.