SƏHİYYƏ

Bu qida insan orqanizminə ziyan vurur

Şəkər bakteriyanın bədəndə çoxalmasına səbəb olur
Sputnik

BAKI, 13 may — Sputnik. Şirin yemək və qidalanmaq son zamanlar dəbdən düşüb. İnsanlar düşünür ki, şirin qidaların qəbul edilməsi artıq çəkinin alınmasına səbəb olur. Şirniyyatdan uzaq olsalar o zaman artıq çəkidən azad ola bilərlər.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, əslində daha çox şirniyyatdan istifadə etmək üz nahiyəsinin dərisinin korlanmasına səbəb ola bilər. Gün ərzində az şəkərdən istifadə etmək lazımdır ki, bədəndə olan şəkər nə qalxsın, nə də düşsün. Əks halda halsızlıq hiss edəcəksiz. Şəkərli qidalardan istifadə bağırsaqlara da təsirsiz ötüşmür. Şəkər bakteriyanın bədəndə çoxalmasına səbəb olur.

Şəkər çox qəbul etsəniz orqanizminiz daha çox şəkər tələb edəcək. Ona görə də daha az bu qidadan istifadə etmək lazımdır. Şəkərdən uzaqlaşdırca daha çox meyvələrin dadını hiss edə biləcəksiz. Şəkərdən az istifadə etməklə daha da gümrah olacaqsınız.