SƏHİYYƏ

Ekspert Azərbaycanda hemofiliyalı xəstələrlə bağlı vəziyyəti açıqladı

Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova deyir ki, ölkəmizdə stasionar müalicə alan hemofiliyalı sayında azalma müşahidə olunur
Sputnik

Elmira Qədimova: “Hemofiliyalı xəstələr dərmanları qızıl kimi istifadə etməlidir”
“2017-ci ildə Azərbaycanda 2759 nəfər ambulator, stasionar şəraitdə şəraitdə 271 nəfər hemofiliya xəstəliklərindən müalicə olunub”. Bunu ölkəmizdə hemofiliyalı xəstələrin müalicəsinin vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova deyib. O bildirib ki, ildən-ilə stasionar müalicə alanların sayında azalma müşahidə olunur:

“Bu yaxşı göstəricidir. İnkişaf Etmiş Ölkələrdə olduğu kimi bizdə də ən ağır hemofiliyalı xəstələr ilkin profilaktikaya götürülür. Bu o deməkdir ki, ağır hemofiliya vəziyyətində olan uşaqlar orta və yüngül vəziyyətə keçirilir. Bu uşaqlarda əlilliyin qarşısını almaq və sağlam uşaqlardan seçilməmək üçün edilir. Bu gün 54 ağır hemofiliyalı uşaq ilkin profilaktika müalicəsi alır. Hər il hemofiliyalı xəstələr müəyyən əməliyyatlar keçirirlər. Bunlar da onlara verilən dərmanların sayəsində baş tutur. Ona görə dərmanları qızıl kimi istifadə etmək lazımdır”.

Elmira Qədimovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz