BAKI, 12 may — Sputnik. Çinin Hənan əyalətində Sanmexia kəndində insanlar 4 min ildir ki, yerin altında yaşayır.
Sanmexia kəndi
© © Photo/IC
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kənddəki bütün evlər yerin altında tikilib. Hazırda kənddə 3 mindən çox adam yaşayır. Ümumilikdə isə bu kənddə 100 mindən çox yeraltı ev var.
Sanmexia kəndi
© © Photo/IC
Evlərin niyə yerin altında tikilməsinin səbəbi isə çox sadədir. İnsanların evlərini yer altında tikməsi divarların qışda isti, yayda sərin olması ilə bağlıdır. Ərazidə 7 metrlik bir mağaranın tikilməsi 3 ilə başa gəlir.
Çinin bu kəndi hər il turist axınına uğrayır.