CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu təbəqədən olan şəxslərin də maaşları artdı

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2120 manatdan 2335 manata, Ali Məhkəmə sədrinin vəzifə maaşı 2070 manatdan 2280 manata qaldırılıb
Sputnik

BAKI, 12 may — Sputnik. Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin aylıq vəzifə maaşları mayın 1-dən artırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1122-VQD nömrəli Qanununun tətbiqi haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında" sərəncamlarda əksini tapıb.

Beləliklə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2120 manatdan 2335 manata, Ali Məhkəmə sədrinin vəzifə maaşı 2070 manatdan 2280 manata qaldırılıb.