HADİSƏ

Məşhur azərbaycanlı aşıq vəfat etdi

O bu gün Badamdarda dəfn olunacaq
Sputnik

BAKI, 12 may — Sputnik. Tanınmış aşıq Azər Xanlaroğlu vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.

Aşıq Azər Xanlaroğlu

Azər Xanlaroğlu yerləşdirildiyi xəstəxanada səhər saatlarında vəfat edib. Bu gün Badamdarda dəfn olunacaq

Qeyd edək ki, A. Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi.