Dünyanın ən dərin çökəkliyindən görün nə tapıldı

Bu günə kimi okeanın dibindən 3 425 paket tapılıb
Sputnik

BAKI, 12 may — Sputnik. Dənizin dərinliklərini öyrənən alimlər son araşdırma zamanı maraqlı bir halla üzləşiblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Marian çökəkliyinin 898 metr dərinliyində plastik paket aşkarlanıb. Bu günə kimi isə okeanın dibindən 3 425 paket tapılıb. Qeyd edək ki, belə paketlərin məhv olması üçün illər lazımdır.

Alimlər deyir ki, bu problemin həlli yolu zibilləri düzgün paketləyərək tullamaqdadır. Mütəxəssislər bildirir ki, bu material çox zərərlidir və bakteriyalar yaradır. Plastik paketlər neftdən daha zərərlidir. İnsanların dənizə atdıqları zibilin 50 faizini plastik materiallardan olan zibillər təşkil edir.