CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lesbiyan qadınlar bu xəstəliyə daha çox tutula bilər

Biseksual qadınların şəkərli-diabetə tutulma riski digərlərinə nisbətən 27 faiz çoxdur
Sputnik

BAKI, 12 may — Sputnik. Amerikalı alimlər maraqlı araşdırma aparıblar.

Sputnik Azərvaycan xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, lesbiyanlar və biseksual qadınlar digər qadınlara nisbətən şəkərli diabetdən daha çox əziyyət çəkirlər.

Araşdırmada 95 min qadın iştirak edib və bu araşdırma 24 il çəkib. Həmin qadınların arasından 1267 nəfəri biseksual olub.

Araşdırmada 24-44 yaş arasında qadınlar iştirak edib. Məlum olub ki, biseksual qadınların şəkərli diabetə tutulma riski digərlərinə nisbətən 27 faiz çoxdur. Buna səbəb isə belə qadınların daha çox stress keçirməsi ilə əlaqədardır.