İt öz sahibini güllələdi

Güllə Riçardın ayağından dəyib və xoşbəxtlikdən yara həyatı üçün təhlükəli olmayıb
Sputnik

BAKI, 12 may — Sputnik. ABŞ-da Fort-Dodj şəhərinin Ayova ştatında it öz sahibini silahla yaralayıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 51 yaşlı Riçard Remm deyib ki, hadisə onun öz iti ilə divanda oynaması zaman baş verib. O, dizinin üstünə qalxan iti yerə atıb, it isə yenidən onun qucağına tullanıb. Bu zaman Riçardın belindəki tapançadan atəş açılıb. Kişi deyir ki, it təsadüfən tapançanın qoruyucusuna toxunaraq, onu açıb və tətiyə toxunub.

Güllə Riçardın ayağından dəyib və xoşbəxtlikdən yara həyatı üçün təhlükəli olmayıb. Kişi xəstəxanaya aparılıb və tibbi yardımdan sonra evə buraxılıb.

İt isə hadisədən qorxub, divanın dalında gizlənərək günahkarcasına zingildəyib.