Dünyanın ən kiçik adası görənləri heyran etdi

Ada zəngin Boyland ailəsi tərəfindən istirahət evi inşa etmək məqsədilə alınıb.
Sputnik

BAKI, 12 may — Sputnik. Dünyanın ən kiçik adası Birləşmiş Ştatların Nyu-York ştatı ərazisindəki Aleksandriya körfəzində yerləşir.

Sputnik AzərbaycanHaberturk-ə istinadən xəbər verir ki, Just Room Enough Island (Tək otaqlıq ada) adlanan ada St. Lourens çayı üzərindədir.

306 kvadratmetr sahədə yerləşən adada sadəcə bir ev və bir ağac var.

Əvvəllər Hub adası olan özəl ada 1950-ci illərdə zəngin Boyland ailəsi tərəfindən istirahət evi inşa etmək məqsədilə alınıb.

Ailə şəhərdən kənara çıxmaq üçün adada ev tikdirib. Lakin adanın ictimaiyyət tərəfindən belə maraqla qarşılanması ailənin planlarını pozub.