HADİSƏ

Şabranda faciə baş verdi

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu gün səhər saatlarında Şabran rayonunda dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinə veriən məlumata görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Kənd sakini Babayev Əli Gündüz oğlu at arabasından yıxılaraq qoşqunun altında qalıb. O, yerindəcə dünyasını dəyişib.

Hazırda faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.