TƏHLİL

Politoloq: “Qərb dövlətləri İranın dağılmasını istəmir”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, İŞİD məsələsi həll olunduğu üçün yenidən İran məsələsi üzərinə qayıtmaq lazım idi
Sputnik

Sədrəddin Soltan: “Əsas məqsəd İrandakı rejimi dəyişməkdir”
“İran və İsrailin addımları bölgədə vəziyyətin daha da gərginləşdirilməsinə yönəlib”. Bunu İranın nüvə proqramı ətrafında yaranan gərginliyin regional təhlükələrini Sputnik Azərbaycan-a şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

“Bütün bu baş verənlər İranın nüvə proqramı üzərində cəmlənib. ABŞ və İsrail iddia edir ki, İran üzərinə götürdüyü öhdəliklərə əməl etmir. İran məsələsinin gündəmdən düşməsinə bir səbəbi də İraq və Suriyada baş verənlər oldu. Suriyada əməliyyatlar, İŞİD-ə qarşı mübarizə bu prosesi ləngitmişdi. İŞİD məsələsi həll olunduğu üçün yenidən İran məsələsi üzərinə qayıtmaq lazım idi. Qərb dövlətləri və ABŞ İranın dağılmasını istəmir. Burada əsas məqsəd İrandakı rejimi dəyişməkdir. İran həmişə bu proseslərdə növbədə olub. Əgər başqa bir dövlətdə nəsə olmasa, İran məsələsi yenidən ciddiləşəcək” — deyə, politoloq bildirib.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi Tehrandakı Mədəniyyət Universitetinin müəllim və tələbələri ilə görüşündə ABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar irəli sürdüyü iddialarını bəhanə adlandırıb və əsas məqsədin İranın varlığına son qoymaq olduğunu bildirib.