Kardaşyan özünü yenə biabır etdi – FOTO

İki məşhurun fotosu "Instagram"da paylaşılıb və müzakirələrə səbəb olub
Sputnik

BAKI, 11 may — Sputnik. Məşhur erməni ulduzu Kim Kardaşyan özünü biabır edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Kardaşyan Nyu-Yorkda keçirilən “Met Gala” gecəsinə müğənni Beyonsun 7 il əvvəl geyindiyi paltarda gəlib. 37 yaşlı porno ulduz şənliyə qara dəri korsetdə və qısa ətəkdə qatılıb.

İki məşhurun fotosu "Instagram"da paylaşılıb və müzakirələrə səbəb olub.

"Beyons daha yaxşı görünür, çünki Kim ətəyi qısaldıb və bu mənim xoşuma gəlmir. Bir az uzun versiyası Beyonsda daha gözəl görünür" deyə müğənninin pərəstişkarlarından biri yazıb.

Bəzi pərəstişkarlar isə geyimin Kimə daha yaxşı yaraşdığını bildirib.