İrana getmək istəyənlərə şad xəbər

Azərbaycan Respublikası və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri görüşüb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 11 may —Sputnik. 10 may 2018-ci il tarixində Astar Gömrük İdarəsində Azərbaycan Respublikası və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri ilə görüş keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, görüşdə Azərbaycan-İran dövlət sərhədində Culfa, Astara və Biləsuvar dövlət sərhəd buraxılış məntəqələrinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı qəbul edilən qərarın icrasını təmin etmək məqsədilə iki ölkə rəsmiləri müzakirələr aparıb. 

İran-Azərbaycan sərhəd məntəqələri 24 saatlıq iş rejiminə keçəcək

Bu barədə Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 2018-ci ilin 12-14 mart tarixlərində keçirilmiş iclasında qərar qəbul edilmişdi. 

Görüşdə bildirilib ki, İran İslam Respublikası ilə əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət yetirən prezident İlham Əliyevin tapşırığı əsasənda dövlət sərhədindən buraxılış məntəqələrinin fəlaiyyətinin təkmilləşdirilməsi, iqtisadi əlaqələrin və əmtəə mübadiləsinin daha da gücləndirilməsi, turizm inkişafının sürətləndirilməsi və dövlət sərhədində hərəkət rejiminin sadələşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Astara sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi Şimal-Cənub beynəlxalq dəhlizi, Strateji yol xəritəsi və turizmin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

1 / 3
Azərbaycan Respublikası və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalandı
2 / 3
Azərbaycan Respublikası və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalandı
3 / 3
Astara İxrac Gömrük Nəzarət Xətti

Tədbir çərçivəsində Astara sərhəd buraxılış məntəqəsinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalanıb. Sənədə Azərbaycan tərəfindən DSX polkovnik-leytenantı Azad Abdullayev, İran tərəfdən isə sərhəd nümayəndəsi Nozər Muradi imza atıblar. 

Qeyd edək ki, görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov, Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəisi gömrük xidməti general-mayoru Cavad Qasımov iştirak ediblər.