Təl-Əviv və Hayfanı yer üzündən silərik – İran rəsmisi

Hatəmi cümə xütbəsində Qərb ölkələrinə də qarşı sərt ifadələr işlədib
Sputnik

BAKI, 11 may — Sputnik. İran ekspertlər şurasının sədri Əhməd Hatəmi bəyan edib ki, əgər İsrail ağılsız addımlar atmağa davam etsə, onda Təl-Əviv və Hayfanı yeri üzündən siləcəyik. Bu barədə Sputnik Azərbaycan İRİB telekanalına istinadən xəbər verir.

"Bizim nüvə bombası ilə işimiz yoxdur, əksinə biz təmkinli siyasət yürüdürük. Gündən günə İranın gücü artır. Əgər İsrail ağılsız davransa, onda biz Təl-Əviv və Hayfanı yer üzündən silərik" — deyə Hatəmi bildirib.

Hatəmi cümə xütbəsində Qərb ölkələrinə də qarşı sərt ifadələr işlədib: "ABŞ bizə heç nə edə bilməz. Onlar İran rejiminin süquta uğramasını istəyirlər. Avropa dövlətlərinə də güvənmək olmaz. İranın düşmənlərinə güvənmək lazım deyil".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayən 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.