Bənd dağıldı, xeyli insan öldü

Mart ayından başlayaraq iki ay ardı kəsilmədən yağan yağışlar nəticəsində 132 nəfər ölüb, 32 şəhərdə 222 min insan evini tərk etmək məcburiyyətində qalıb
Sputnik

BAKI, 11 may — Sputnik. Keniyada su bəndinin dağılması nəticəsində 20 nəfər ölüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Keniyada gecə saatlarında bənd dağılıb. Bəndin ardı kəsilmədən yağan yağışlar nəticəsində dağıldığı bildirilir.

Keniya Qızıl Xaç Komitəsinin Twitter paylaşımında bildirilir ki, hadisə nəticəsində ən azı 20 nəfər ölüb, 39 nəfər xilas edilib. Qurbanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, 48 milyondan çox insanın yaşadığı Keniyada çox sayda dağlar, vadilər və göllər mövcuddur. Mart ayından başlayaraq iki ay ardı kəsilmədən yağan yağışlar nəticəsində 132 nəfər ölüb, 32 şəhərdə 222 min insan evini tərk etmək məcburiyyətində qalıb.

1963-cü ildə müstəqillik qazanan Keniyanın Hind Okeanına da çıxışı var.