Amerikalılar etiraf etdi: Rusların bu silahının analoqu yoxdur

"Kinjal"ın raketi uçuş zamanı manevr edən və gözlənilməz trayektoriya ilə uçan "İsgəndər" raketlərinin bazasında yığılıb
Sputnik

BAKI, 11 may — Sputnik. Rusiyaya məxsus hipersəs sürətli "Kinjal" aviasiya raket kompleksinin dünyada analoqu yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The National Interest" nəşrinin təhlilçisi Deyv Macumdar (Dave Majumdar) jurnalda dərc olunan məqaləsində bildirib

"Dünyanın heç bir ölkəsi ballistik raketləri havadan olarkən işə salmaq iqtidarında deyil. Ona görə də Moskva haqlı olaraq "Kinjal"ın Rusiyadan kənarda analoqlarının olmadığını bildirib" – deyə ekspert vurğulayıb.

Dünyanın ən iri silah idxalçıları bu ölkələrdir - İNFOQRAFİKA

O, həmçinin qeyd edib ki, "Kinjal"ın raketi uçuş zamanı manevr edən və gözlənilməz trayektoriya ilə uçan "İsgəndər" raketlərinin bazasında yığılıb. "İsgəndərlər"in bu xüsusiyyətləri düşmənin onları vurmasını çətinləşdirir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".