Rusiya sakinləri onlar üçün ən vacib ölkələrin adını çəkdilər

Sorğu Rusiyanın 53 regionunda 1,500 nəfər arasında keçirilib
Sputnik

BAKI, 10 may — Sputnik. Rusiyalılar hesab edir ki, Rusiyaya ilk növbədə Çin, Belarus və Almaniya ilə iqtisadiq əməkdaşlığı inkişaf etdirmək lazımdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "Cəmiyyətin rəyi" fondunun sorğusunun nəticələrində qeyd olunub.

Nəticələrə görə, 48 faiz iştirakçı Çinlə, 26 faiz Belarusla və 23 faiz iştirakçı Almaniya ilə iqtisadi əməkdaşlığın tərəfdarıdır.

Sorğu zamanı onlar sosioloqların "Rusiya iqtisadiyyatı üçün hansı ölkələrlə əməkdaşlıq önəmlidir" sualına cavab veriblər.

Rusiya vətəndaşlarının Putinə münasibəti bəlli oldu

Rusiyalıların cavablarına görə ilk onluqda 16 faiz səslə Qazaxıstan, 15 faizlə Türkiyə, 15 faizlə ABŞ, 13 faizlə Hindistan, 13 faizlə Yaponiya, 8 faizlə Fransa və 6 faiz səslə Böyük Britaniya yer alıb. 27 faiz iştirakçı isə cavab verməkdə çətinlik çəkib.

Sosioloqlar eyni zamanda iştirakçılara "Rusiyanın daim yaxşı münasibətlər saxlamalı olduğu ən vacib, ən dəyərli hansı ölkədir" sual da veriblər.

İştirakçıların 33 faizi Çinə, 13 faizi Belarusa, 8 faizu ABŞ-a səs veriblər. Siyahıda Almaniya, Qazaxıstan, Yaponiya, Türkiyə, İtaliya, Braziliya, və digər ölkələr də var.

İştirakçılara "Əgər sizə pulsuz 5 ölkədə olmaq imkanlı yaradılsaydı, hansı ölkələri seçərdiniz" sualı da verilib. İştirakçıların 32 faizi İtaliya, 30 faizi Fransa, 24 faizi Çin və Almaniya, 23 faizi Yaponiya, 19 faizi Hindistan, 16 faizi Türkiyə və digər ölkələrin adını çəkib.

Sorğu Rusiyanın 53 regionunda 1,500 nəfər arasında keçirilib.