Kadr islahatları davam edir - Yeni təyinat

Yeni nazir yeni rəis təyin edib
Sputnik

BAKI, 10 may — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat reallaşıb. KTN-dən Trend-ə verilən məlumata görə, Mirzə Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə rəis təyin edilib.

M.Əliyev daha öncə "Azərbaycan Dəmir Yolları" QSC-də, "Kapital Bank" ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində işləyib.

Qeyd edək ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra isə onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.