Bu gün axşamdan etibarən Bakıya giriş məhdudlaşdırılacaq

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq
Sputnik

BAKI, 10 may — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bəzi yollarda mayın 10-u axşam saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində "Xırdalan dairəsi"ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədardır. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.