BAKI, 10 may — Sputnik. ABŞ-ın Havay ştatının qubernatoru Devid İqe, Kilauea vulkanının püskürməsi ilə əlaqədar Puna rayonunu təbii fəlakət zonası elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qubernator öz "Twitter" səhifəsində yazıb.
"Punanın geotermal zonasında fövqəladə vəziyyətdir. Təbii fəlakətlə əlaqədar ABŞ prezidentinə Havay adasına yardım göstərilməsi üçün sorğu göndərilib", — deyə İqe yazıb.
Qeyd edək ki, Havay adalarında Kilauea vulkanı püskürməkdə davam edir. Təbii fəlakətlə bağlı minlərlə yerli sakin öz evlərindən təxliyə edilib.