BAKI, 9 may — Sputnik. Türkiyədə uşaqların qorxunc oyunu faciə ilə bitib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Konyada çaxmaqla oynayıb, "piston" partladan uşaqlar yanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə axşam saatlarında baş verib.
Məlumata görə, yük maşınının içində olan 3 dost çaxmaqlarına qaz doldurduqdan sonra yanlarında olan "piston"u partlatmaq üçün yandırıblar. Bu zaman güclü partlayış baş verib.
Partlayış zamanı avtomobilin ön şüşəsi və sürücü tərəfdən döşəməsi dağılıb.
Baş verən yanğın zamanı 3 uşağın qolları, əlləri və üzü yanıb. Uşaqlar xəstəxanaya çatdırılıb. Hadisə yerində araşdırma aparan polis oradan çaxmaq və "piston" qalıqları aşkar edib.