Tramp İranı hədələməkdə davam edir

ABŞ prezidenti Donald Tramp İran ilə imzalanan nüvə razılaşmasından imtina etdikdən sonra İrana sərt mesajlar göndərməyə davam edir
Sputnik

BAKI, 9 may — Sputnik. Yaxın gələcəkdə rəsmi Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək” — Tramp bildirib.

Onun sözlərinə görə, İran nüvə proqramına başlasa, sonu çox pis olacaq.