CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər cibgiri ağır cəzalandırdı - VİDEO

Oğru avtobusdan düşürülüb və döyülüb
Sputnik

BAKI, 9 may — Sputnik. Qazaxıstanın Kostanay şəhərində avtobusda sərnişinlər ayaq üstə dayanmış kişinin cibindən pul kisəsinin oğurlandığına şahid olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kiçik oğurluq an içində böyük davaya çevrilib.

Oğru avtobusdan düşürülüb və döyülüb. Oğrunun döyülməsində kişilərlə yanaşı qadınlar da iştirak edib. Cibgirin döyülməsi polis gələnə qədər davam edib. Polis gəldikdən sonra onu qəzəbli şərnişinlərin əlindən almaq mümkün olub.