HADİSƏ

Rusiyalı turist Türkiyədə komaya düşdü

Xəstənin 4 gün Başkent xəstəxanasında qalması ailəsinə 10 min avroya başa gəlib
Sputnik

BAKI, 9 may — Sputnik. Yekaterinburqdan olan turist Sergey Sukruk Alanya şəhərində istirahət zamanı komaya düşüb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, kişi həyat yoldaşı və uşağı ilə istirahətdə olub.

"Martın 3-də otel otağına gələn yoldaşı onu uğursuz intihar cəhdindən sonra huşsuz vəziyyətdə tapıb. Hazırda kişi xəstəxanada ağır vəziyyətdədir", — deyə bildirlir.

Məlumata görə, xəstənin vəziyyətinə edilən müdaxilələr onun koma vəziyyətindən çıxmasına yardım etməyib. Hazırda həkimlər onun beyninin reaksiyasını gözləyir. Ancaq bundan sonra onun Rusiyaya göndərilməsindən söhbət gedə bilər.

Xəstənin 4 gün Başkent xəstəxanasında qalması ailəsinə 10 min avroya başa gəlib və pul sığorta şirkətinin köməyi olmadan ödənib.