İkinci Dünya Müharibəsinin 73-cü ildönümünü bayram edən yüzlərlə insan paytaxtın Nərimanov rayonunda yerləşən "Qardaşlıq Məzarlığı" Əbədi Xatirə Kompleksindən yürüşə başlayıblar.
"Ölümsüz polk" kolonu müharibə dövrünün mahnılarının sədaları altında "Qardaşlıq Məzarlığı"ndan Bakının mərkəzindəki "Zorge parkı"na qədər yürüş ediblər.