Bəşəriyyəti düşündürən suala cavab tapıldı

Alimlər qlobal soyuqlaşmanın geoloji şərtlərini müəyyənləşdiriblər
Sputnik

BAKI, 9 may — Sputnik. Texas Universitetinin alimləri Dallasda 700 milyon il əvvəl planetin buz altında qalmasına səbəb olan qlobal soyuqlaşmanın geoloji şərtlərini müəyyənləşdiriblər. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaçıların fikrincə, iqlim dəyişkənliyi litosfer təbəqəsinin görünüşü və hərəkəti ilə əlaqədardır.

Qlobal təhlükə barədə xəbərdarlıq edildi

Təxminlərə görə, o vaxt ekvatorda da hava soyuq olub. Buz dövrü atmosfer təbəqəsinə vulkanlardan atılan istixana qazları yığılana qədər milyonlarla il davam edib. Ekvatorial bölgələrdəki qitələr buzdan okean sularının bakteriyaların inkişafı üçün zəruri olan mineral maddələrlə zənginləşməsi prosesi zamanı azad olmağa başlayıb.

Gələcəkdə qlobal istiləşməyə səbəb olacaq çoxşaxəli həyat formaları inkişaf edir. Araşdırmaçılar litosfer təbəqəsinin yaranması ilə buzlaşmanın baş verdiyini təxmin edirlər. Yerin qabığının əvvəllər bütöv olduğu və böyük parçalanmaların sonradan meydana gəldiyini ehtimal olunur.