Dəhşət: Vəhşi heyvan körpə uşağı yedi

Uqanda Yelizaveta milli parkı turistlər arasında çox məşhurdur
Sputnik

BAKI, 9 may — Sputnik. Uqandada şahzadə Yelizaveta milli parkında bəbir polis əməkdaşının 3 yaşlı oğlunu yeyib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə cümə günü baş verib. Olay baş verən zaman uşaq Edvard gölünün sahilindəki ov evində xidmətçinin nəzarətində olub.

Dövlət ətraf mühitin qorunması idarəsinin nümayəndəsi Bəşir Hanqinin sözlərinə görə, xidmətçi qadın uşağın onun arxasınca gəlməsindən xəbərsiz olub. O uşağın qışqırığını eşidib, köməyə qaçıb, amma gec olub. Bəbir uşağı da götürüb gözdən itib.

Axtarışlar zamanı uşağın ancaq kəlləsi tapılıb. Onu dəfn etmək üçün uşağın atasına veriblər. Uşağa hücum edən heyvanın tutularaq qəfəsə salınmasına qərar verilib.

Xatırladaq ki, Uqanda Yelizaveta milli parkı turistlər arasında çox məşhurdur. Orada müxtəlif nadir heyvanlar saxlanılır.