Gürcüstanın paytaxtında moda dünyasının ən parlaq hadisəsi — Mercedes-Benz Fashion Week Tbilisi keçirilib. Bu dəfə nümayiş üçün Tbilisi sirkinin binası seçilib. Moda həftəsi çərçivəsində 44 dizaynerin kolleksiyası nümayiş etdirilib ki, onlardan da 25-i Gürcüstan nümayəndələridir.
Mercedes-Benz Fashion Week, Mercedes-Benz şirkəti tərəfindən təşkil edilən beynəlxalq moda həftəsidir. O, hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Onların arasında Azərbaycan, Gürcüstan, Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və bir sıra digər ölkələr var.
Sputnik Gürcüstan Mercedes-Benz Fashion Week-in nümayişində nəzərə çarpan ən maraqlı məqamların fotolarından ibarət toplu hazırlayıb.