QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Şuşa azsaylı qəhrəman döyüşçülərimiz tərəfindən müdafiə olunub”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan rəhbərliyində olan xaotik vəziyyət topraqlarımızı qorumağa imkan vermədi
Sputnik

Politoloq: “Şuşa azsaylı qəhrəman döyüşçülərimiz tərəfindən müdafiə olunub”
“Azərbaycan cəmiyyətində Şuşanın işğal olunması ilə bağlı ikili fikir var”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində Şuşanın işağlının 26-cı il dönümünə həsr olunmuş tədbirdə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq deyib ki, Qarabağ döyüşlərində təkcə Azərbaycanda yaşayan türklər, ləzgilər, talışlar deyil, hətta yəhudilər də döyüşüb: 

“Bunun ən gözəl nümunəsi yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovdur. O, Şuşanın müdafiəsində qəhrəmanlıqla döyüşüb. Onun kimi döyüşənlər də çox olub. Şuşa müdafiə olunub. Cəmiyyətdə fikirlər var ki, Şuşa satılıb. Əlbəttə ola bilsin ki, bunlar olub. Amma Şuşa azsaylı qüvvə ilə olsa da müdafiə olunub. O dövrdə Azərbaycan rəhbərliyində olan xaotik vəziyyət, anarxiya topraqlarımızı müdafiə etməyə, qorumağa imkan vermədi”.

Bu gün Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. 

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz