BAKI, 8 may — Sputnik. Rusiya vətəndaşlarının 82 faizi ölkə prezidenti Vladimir Putinin fəaliyyətini dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğunun nəticələrinə isə Rusiya vətəndaşlarının 11%-i Putinin fəaliyyətini bəyənmir.
"2014-cü ilin martından sonra əhəmiyyətli dərəcədə artan Vladimir Putinin fəaliyyətinin qiymətləndirilməsi artıq dörd ildir ki, yüksək səviyyədə qalır. Əgər 6 il əvvəl prezidentin fəaliyyətini bəyənənləri göstəricisi 69%, 2013-cü ilin mayında 65%-idisə, 2014-cü ilin mayında artıq bu göstərici 86%, sonrakı illərdə isə mərkəz tərəfindən keçirilən sorğular zamanı may ayında 82 – 88 % aralığında dəyişib", — deyə məlumatda qeyd olunur.
Rusiya prezidenti Putinin işini pozitiv olaraq daha çox qadınlar (85%), kənd yerlərinin sakinləri (85%), yaşlı nəslin nümayəndələri 91%- yaşı 60-dan yuxarı olan respondentlərin qrupunda) qiymətləndirir.
Mərkəz tərəfindən Putinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu 2-3 may tarixində yaşı 18-dən yuxarı olan 2 mindən çox respondent arasında aparılıb.