RUSİYA

Rusiyanın hərbi helikopteri Suriya səmasında qəzaya uğrayıb

Suriyanın şərqində uçuş həyata keçirən Rusiyaya məxsus "Ka-52" hərbi helikopteri qəzaya uğrayıb.
Sputnik

BAKI, 8 may — Sputnik. Suriyanın şərqində uçuş həyata keçirən Rusiyaya məxsus "Ka-52" hərbi helikopteri qəzaya uğrayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, qəza nəticəsində helikopterin göyərtəsində olan 2 pilot ölüb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.

Ka-52 "Alliqator" 1990-cı illərin əvvəllərində istehsal edilib. Bu helikopter düşmənin zirehli və zirehsiz hava və yerdəki texnikasını,canlı qüvvəsini məhv etmək, eləcə də desanta atəş dəstəyinin verilməsi və hərbi kolonların devrilməsi üçün nəzərdə tutulub.