RUSİYA

Vladimir Putin İlham Əliyevi və azərbaycanlıları təbrik etdi

Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, həmçinin Gürcüstan və Ukrayna liderlərini təbrik edib
Sputnik

BAKI, 8 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 73 illiyi münasibəti ilə SSRİ ölkələrinin liderləri, həmçinin Gürcüstan və Ukrayna vətəndaşlarını təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, həmçinin Gürcüstan və Ukrayna liderlərini təbrik edib.

Rusiya prezidenti tərəfindən göndərilən təbrik məktublarında qeyd olunur ki, "Qələbə günü müqəddəs tarixdir və Vətənini, bütün bəşəriyyəti faşizmdən qurtulması naminə müharibə və arxa cəbhələrdə fədakarlıqla çiyin-çiyinə çalışan xalqlarımızın misilsiz qəhrəmanlığının və birliyinin simvoludur".