Peskov Ermənistandan danışdı...

“Ermənistan olduqca önəmli iştirakçı, önəmli tərəfdaşdır”
Sputnik

BAKI, 8 may — Sputnik. Rəsmi Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayda keçiriləcək iclasında iştirak edəcəyini gözləyir. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Şübhəsiz, gözləyirik. Ermənistan olduqca önəmli iştirakçı, önəmli tərəfdaşdır. Bundan əlavə, bir qayda olaraq belə tədbirlər zamanı ikitərəfli görüşlər də keçirilir. Ona görə də, Ermənistanı kimin təmsil etməsindən asılı olmayaraq, biz ikitərəfli görüşlərin olacağını gözləyirik", — deyə Peskov qeyd edib.

O vurğulayıb ki, sammitdə Ermənistanı kimin təmsil edəcəyi sualını rəsmi Yerevana ünvanlamaq lazımdır.