Ermənistan müdafiə naziri postundan getdi

Müdafiə naziri silahlı qüvvələrin hərbi heyətinə müraciətində vəzifəsini tərk etdiyini bildirib
Sputnik

BAKI, 8 may — Sputnik. Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Viqen Sarkisyan vəzifəsindən istefa verib.

Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadən xəbər verir ki, müdafiə naziri silahlı qüvvələrin hərbi heyətinə müraciətində vəzifəsini tərk etdiyini bildirib. Onun müraciəti Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

"Siyasi hadisələr səbəbindən sizinlə ordu rəhbəri statusunda vaxtından əvvəl vidalaşmağın vaxtı çatıb. Nazir rəsmi siyasi şəxsdir və onun işi yalnız həmfikir komandanın tərkibində səmərəli olar. Vəzifədən asılı olmayaraq cəmiyyətə xeyir vermək mümkündür. Sizi əmin edirəm ki, başqa statusda bu xidmətimi davam etdirəcəyəm" – deyə Sarkisyan bildirib.