Ermənistan ordusunda istefalar: Nazirin 2 müavini getdi

Ermənistanın əsas hərbi inspektoru Mixail Artunyanın da istefa xəbəri yayılıb
Sputnik

BAKI, 8 may — Sputnik. Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan tutduğu vəzifədən istefa verib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

“Mən müdafiə nazirinin birinci müavini postundan istefa vermək qərarına gəldim. Birincisi, mənim komandam müxalifətdə olacaq, ikincisi, hesab edirəm ki, Müdafiə Nazirliyinin yeni rəhbərliyi yeni baş nazir tərəfindən formalaşdırılmaldır", — deyə Zakaryan qeyd edib.

Artak Zakaryandan başqa, Ermənistan müdafiə nazirinin digər müavini Artak Davtyan da öz istəyi ilə istefaya göndərilib.

Bundan əlavə, Ermənistanın əsas hərbi inspektoru Mixail Artunyanın da istefa xəbəri yayılıb.