CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə yüzlərlə əcnəbiyə daimi yaşamaq icazəsi verildi

Daha 42 nəfərin isə ölkədə müvəqqəti yaşama müddəti uzadılıb
Sputnik

BAKI, 8 may — Sputnik. Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aprel ayında müvəqqəti yaşamaq ilə bağlı 3437, daimi yaşama (müddətin uzadılması) ilə bağlı 457 icazə vəsiqəsi verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 42 nəfərin isə ölkədə müvəqqəti yaşamaq müddəti uzadılıb.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 3936 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar verilib. Aprel ayı ərzində Dövlət Miqrasiya Xidmətinin Çağrı mərkəzinə (919), ümumilikdə 8727 zəng daxil olub. Onlardan 894-ü rus dilində, 55 isə ingilis dilində cavablandırılıb.