RUSİYA

Moskvadan Yerevana teleqram göndərildi

Putin və Medvedyev Paşinyanı təbrik edib
Sputnik

BAKI, 8 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri seçilməsi münasibətilə Nikol Paşinyana təbrik teleqramı göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Hesab edirəm ki, sizin hökumət başçısı kimi fəaliyyətiniz ölkələrimiz arasında dost, tərəfdaşlıq, Müstəqil Dövlət Birliyi, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsinə öz töhfəsini verəcək", — deyə Putinin təbrik teleqramında bildirilir.

Bu arada Rusiya baş nazirinin səlahiyyətlərini icra edən Dmitri Medvedyev də baş nazir seçilməsi münasibəti ilə Nikol Paşinyanı təbrik edib.