HADİSƏ

Vulkan püskürdü və onlarla ev yox oldu

"Püskürmədən sonra lavaların 36 min kvadratmetr əraziyə yayıldığı bildirilir"
Sputnik

BAKI, 7 may — Sputnik. Havay adalarında Kilaueva vulkanının püskürməsi zamanı 31 ev yox olub.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, vulkan lavası yerdən 61 metr hündürlüyə püskürüb. Ərazidən 700 min insan təxliyə edilib. Minlərlə insan isə evinin məhv olacağı narahatlığını yaşayır. 37 yaşlı Havay sakini Amer Kane Leilani Estates bölgəsindəki 3 otaqlı evinin lava altında qaldığını bildirib.

Vulkan püskürməsi elektrik xətlərini sıradan çıxardığı üçün bölgədə elektrik enerjisinin verilməsi də dayandırlıb.

Xatırladaq ki, dünyanın ən aktiv vulkanlarından olan Kilauela 1983-cü ildən püskürür. Püskürmədən sonra lavaların 36 min kvadratmetr əraziyə yayıldığı bildirilir.