Gümrüdə tələbələr etiraza başladılar: İstefa!

Onlar "Saak, get", "Biabırçılıq, biabırçılıq" şüarları səsləndirirlər
Sputnik

BAKI, 7 may — Sputnik. Ermənistanın Gümrü şəhərində Şirak Dövlət Universitetinin binası önündə etiraz aksiyası keçirilir. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, etiraz aksiyalarının iştirakçıları universitetin rektoru Saak Minasyanın istefaya getməsini tələb edirlər.

Onlar "Saak, get", "Biabırçılıq, biabırçılıq" şüarları səsləndirirlər.

Etiraz aksiyalarına bu yaxınlarda ali məktəbdən işdən çıxarılan Universitetin prorektoru Anait Farmanyan da qatılıb. O, etiraz aksiyalarına qoşulmasına səbəb kimi rektorun sadəcə universiteti məhv etməsini göstərib.