Mətbuat mərkəzi

Videokörpü: Mövzu "Cəbhə xatirələri"dir

Mayın 8-i, saat 12.00-da "Cəbhə xatirələri" mövzusunda Bakı-Moskva-Minsk-Bişkek-Yerevan-Kişinyov-Tbilisi-Tallin videokörpüsü olacaq
Sputnik

Qələbə Günü ərəfəsində dünyanı faşizmdən xilas edən və bizə həyat bəxş edən şəxslərin Belarus, Qırğızıstan, Ermənistan, Moldova, Gürcüstan, Estoniya və Azərbaycandakı xələfləri Sputnik Mətbuat Mərkəzində toplaşacaqlar.

Videokörpünün iştirakçıları öz parlaq ailə tarixçələrini danışacaq, döyüşmüş valideynlərini yada salacaq və müharibənin onların taleyini necə çətinləşdirdiyi barədə fikirlərini bölüşəcəklər.

Videokörpüdə iştirak edəcəklər:

Bakıda:

Məşhur azərbaycanlı bloqger Natella Kərimova;

Moskvada:

Beynəlxalq Məsələlər üzrə Federasiya Şurası Komitəsi sədrinin birinci müavini Vladimir Mixayloviç Cabarov;

General-mayor, RF-nın əməkdar hərbi təyyarəçisi Vladimir Aleksandroviç Popov;

Tarixçi Armen Sumbatoviç Qasparyan;

Minskdə:

Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının regional siyasət və yerli özünüidarəetmə üzrə sədr müavini, Respublika "Belaya rus" İctimai Birliyinin sədri Gennadi Davıdenko;

Belarus Liberal-demokrat partiyası sədrinin birinci müavini Oleq Qaydukeviç;

Bişkekdə:

"Qazaxıstan ölməz polku" ictimai qərargahının üzvü Taalaybek Saqınov;

Jurnalist-bloqger, Sputnik Qırğızıstanın müxbiri Asel Minbayeva;

Yerevanda:

Dəmiryolçu Vaqe Ambartsumyan;

Tallində:

Arxitektor Larisa Uşniçkova;

Kişinyovda:

"Qələbə" Milli Koordinasiya Komitəsinin sədri Aleksey Petroviç.

Əlaqə vasitələri:

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru