SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sarqsyan ötən günlərini qaytarmaq istəyir

Bu iclasdan sonra ERP-in parlament fraksiyasının da iclasının keçirilməsi planlaşdırılır
Sputnik

BAKI, 7 may — Sputnik. Ermənistanda hakim Respublikaçı Partiyasının (ERP) mərkəzi ofisində qurumun Serj Sarqsyanın sədrliyi ilə icraçı orqanın iclası keçirilib. Sputnik Ermənistan xəbər verir ki, iclas zamanı mayın 8-ində parlamentdə baş tutacaq baş nazir seçkiləri müzakirə olunub.

Bu iclasdan sonra ERP-in parlament fraksiyasının da iclasının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, mayın 8-i Ermənistan parlamentində ölkənin baş naziri seçiləcək. Baş nazir postuna yalnız müxalifət lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın birində isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib.