CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ehtiyatlı olun: "WhatsApp"ı çökdürən virus yayılır

Problemı qaradan qaldırmağın isə yolu çox sadədir: smartfonu söndürüb, yandırmaq lazımdır
Sputnik

BAKI, 6 may — Sputnik. "WhatsApp" istifadəçiləri smartfonlarının işində problem yaradan virusdan şikayət edirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə MensXP məlumat yayıb.

Virusun müəllifləri "xeyirxahlıq" göstərərək istifadəçiləri "tələ" barədə əvvəlcədən xəbərdar edirlər. Buna baxmayaraq, "tələ"yə düşənlər tapılıb.

Viruslu məlumatda bildirilir: "Əgər bu düymənin üzərinə bassan, sənin "WhatsApp"ın bir müddət çokəcək". Sonra bir neçə boşluq və "bura basma" yazısı gəlir.

MensXP bildirir ki, əslində boşluqda simvollar gizlədilib və onun üzərinə basanda qadjetin işində problem yaranır. Problemı qaradan qaldırmağın isə yolu çox sadədir: smartfonu söndürüb, yandırmaq lazımdır.