1921-ci ildə Ağdaş rayonunda anadan olan Baba Əliyev 21 yaşında vətənin müdafiəsinə qoşulub.
Bakıdan Qroznuya kimi 200-dək müdafiə xətti yaradıldığından danışan veteran hərbçi almanların yalnız Terekin sahilində dayandırmaq mümkün olduğunu söyləyir. Zamanın müharibədən daha amansız olduğunu deyən Baba Əliyev 30 minlik diviziyadan hazırda yalnız 2 nəfərin sağ qaldığını təəssüflə qeyd edir.